Aksiyaçılar ABŞ-ın İraqdakı səfirliyini zəbt edib - YENİLƏNİB
31 dekabr 2019 14:10 (UTC +04:00)

Aksiyaçılar ABŞ-ın İraqdakı səfirliyini zəbt edib - YENİLƏNİB

Aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinin binasına daxil olublar.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

 

Qeyd edək ki, bundan öncə ABŞ səfirliyinin binasının boşaldıldığı açıqlanıb.

 

13:56

 

ABŞ-ın İraqdakı səfirliyi boşaldılıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Səfirlik binasının bir hissəsində yanğın törədilib. 

Qeyd edək ki, bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər.  Aksiyaçılar səfirlik binasına daxil olmağa çalışırlar.

***

saat 13.30

ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, aksiyaya yüzlərlə  iraqlı qatılıb.

Aksiya iştirakçıları bir gün öncə ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər.  Aksiyaçılar səfirlik binasına daxil olmağa çalışırlar. 

Xatırladaq ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da "Hizbullah"ın İraqdakı qolu olan "Xətaib Hizbullah" qruplaşmasının bazalarını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində  "Xətaib Hizbullah"ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.

# 1400
avatar

Oxşar yazılar