Salondan aldığı maşına minməkdən qorxur - "Camaat içində biabır oldum"
01 yanvar 2020 16:32 (UTC +04:00)

Salondan aldığı maşına minməkdən qorxur - "Camaat içində biabır oldum"

Salondan alınan maşın alıcıya problemlər yaşadıb.

Lent.az xəbər verir ki, Türkiyənin Samsun vilayətində yaşayan şəxs 168 min lirəyə ( təxminən 50 min manat) təzə aldığı maşından narazılıq edib. Diş həkimi işləyən 52 yaşlı Cevdet Akdoğan aldığı təzə maşının onu 5 dəfə yolda qoyduğunu bildirib. Bu ilin iyul ayında brend markalardan birinin “0” km avtomobilini alan C.Akdoğan qısa müddət sonra nasazlıq səbəbindən xəbərdaredici işığın yanıb söndüyünü görüb. Bununla bağlı servisə müraciət edib problemi həll etsə də, eyni vəziyyətlə daha 5 dəfə qarşılaşıb. Hər dəfə eyni cür reaksiya görən alıcı, sonda məhkəməyə şikayət edib. Şirkət isə maşının 2000 km getmədiyini nəzərə alaraq, kömək edəməyəcəyini bildirib.

C.Akdoğan avtomobildən narazılığını bu cür dilə gətirib: “Tez-tez eyni problemlə qarşılaşıram. Maşın 1 həftə servisdə qalıb. Bu maşına minməyə qorxuram, artıq diksinmişəm. Dostlarım arasında da biabır oldum. Bir dünya pul verdim, pulumla rüsvay oldum. 2011-ci il maşınım vardı, indi onu şam işığı ilə axtarıram. Kaş ki, heç bunu almasaydım”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2953

Oxşar yazılar