
Tbilisidə azərbaycanlı rejissorun yeni tamaşası oynanılıb
Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası 6” tamaşasının təqdimatı olub.
Lent.az xəbər verir ki, “Stendap komediya” zamanı ilk dəfə səhnəciklər də nümayiş etdirilib. Səhnəciklərdə Gürcüstanın “Era Teatrı”nda çalışan azərbaycanlı aktyorlar da çıxış ediblər.
Gənc azərbaycanlı aktyorların yeni performanslarını tamaşaçılar alqışlarla qarşılayıb.
Tamaşadan sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə və başqaları çıxış edərək Anar Rafiqoğlunu və aktyorları təbrik edib, onlara uğurlar arzulayıblar.
Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda tamaşanı Anar Rafiqoğlu hazırlayıb. Gənc rejissor və aktyor bu yolla cəmiyyətdə baş verən hadisələri bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırır. Azərtac

Oxşar yazılar

Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10
Unudulan zurna, Venesiyada nəzarətçiləri yoran Aygün Səmədzadə - "Bir dəfə uzaqlarda"
22 yanvar 2021 , 18:49
Xanın kasıb nəvəsi: “Ora dəvət olunanda qorxdum”... 77 yaşlı sənətkarın həyat HEKAYƏTİ
22 yanvar 2021 , 11:19
Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24