
Qida etiketlərindəki kodların mənası nədir?

Türkiyənin qastronomiya mütəxəssisi Özge Seçmeler paketlenmiş qidalardakı etiketlərlə bağlı danışıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ö.Seçmeler qida alarkən etiketlərin mütləq oxunmalı olduğu bildirib:
"Bəzi qidalarda insan sağlamlığının qorunması üçün antimikrobiyal (mikroorqanizmləri məhv edən, böyüməsini və ya çoxalma qabiliyyətini boğan agent) istifadə edilməlidir, ancaq bəzi qidalarda bundan istifadə etmək lazım deyil.
Məsələn, Türk Qida Kodeksində bal, yağ, şəkər, çörək və s. qidalarda qatqı maddələrin olmasına icazə verilmir. Bundan əlavə, icazə verilən qidalara da qatqı maddələrdən istifadə məhdudiyyəti qoyulur".
Ö.Seçmeler qeyd edib ki, bütün qidaların etiketləri mütləq oxunmalı, istifadə müddətinin son gününə nəzər yetirilməlidir:
"Alıcıları qorumaq üçün işləyən dərnəklər bunun üçün telefonlara yüklənə biləcək proqramlar hazırlayıblar. Bununla da insanlar qidaların etiketlərini yoxlayaraq, məhsullardan rahatlıqla istifadə edə bilərlər".

Hicranə Əlişqızı
Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16