17:15
27 Dekabr 2019

Azərbaycana bağırsağında narkotik keçirmək istədi

Gömrükçülər ölkəyə narkotik keçirmək cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, özlərini şübhəli aparan İrandan gələn Azərbaycan vətəndaşları Biləsuvar gömrük postunda saxlanılıb.

Sorğu-sual zamanı hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşların əynindəki şalvarın kəmər bağlanan yerin astarının altından ümumilikdə çəkisi 99 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Həkim müayinəsindən keçirilən vətəndaşlardan birinin daxili orqanı - düz bağırsağından sellofana bükülü 3 ədəd bükümdə 199 ədəd "metadon" adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Dİgər xəbərlər