O, müasir dövrün ən yaxşı futbolçusu seçildi
26 dekabr 2019 19:41 (UTC +04:00)

O, müasir dövrün ən yaxşı futbolçusu seçildi


Belçikadan olan mütəxəssislər dünyanın ən yaxşı futbolçusunu təyin etməyə kömək edən xüsusi bir alqoritm hazırlayıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqatın müəllifləri Lyeven katolik universitetinin əməkdaşları olublar.

 Müasir dövrün ən yaxşı futbolçusu adına namizədlər “Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi, eləcə də “Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu olublar.

Proqram oyunçuların 2013-cü ildən 2018-ci ilə qədər İspaniya La liqasındakı məhsuldarlıqlarını nəzərə alıb. Ronaldu və Messinin hərəkətləri 1600 göstərici ilə qiymətləndirilib.

Oyunçuların yalnız İspaniya milli çempionatında "Barselona" və "Real" üçün çıxışları nəzərə alınıb. Digər turnirlərdəki oyunlar nəzərə alınmayıb.

Nəticədə Kriştianu Ronaldu hər oyuna görə orta hesabla 0,61, Lionel Messi 1,21 reytinq alıb.

Argentinalının böyük üstünlüyünü mütəxəssislər onunla izah edirlər ki, oyunçu oyunçu topla daha çox əlaqədə olub.

Beləliklə, kompüter Lionel Messini müasir dövrün ən yaxşı futbolçusu adlandırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1627

Oxşar yazılar