"Artıq 39 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart"la ödənilməkdədir".
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, sabahdan isə eyni ödəniş üsulu 202 nömrəli marşrut xətti üzrə avtobuslarda tətbiq ediləcək.
Məlumatda qeyd edilir ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.