Sürücülər gecələr buna fikir vermirlər: qəzaların artma səbəbi
06 yanvar 2020 16:20 (UTC +04:00)

Sürücülər gecələr buna fikir vermirlər: qəzaların artma səbəbi

“Ölkənin yol infrastrukturu moped və ya motosikletlərin hərəkəti üçün uyğunlaşdırılmayıb. Həmçinin avtomobil sürücüləri də moped və ya motosiklet sürənləri demək olar ki, görməzlikdən gəlirlər".

Bu sözləri avtomobil eksperti Eldəniz Cəfərov Lent.az-a açıqlamasında söyləyib.

Ötən gülərdə Bakıda moped “Mercedes”lə toqquşdu və nəticədə mopedin sürücüsü həlak oldu. Son zamanlar moped, velosiped və motosikletlərin iştirakı ilə baş verən qəzaların sayı durmadan artır. Hər hansı təhlükəsizliyin olmaması səbəbindən qəzalarda moped yaxud motosikletlərdə olan sürücü və sərnişinin ölüm halı maksimum səviyyədə olur. Bəs görək, bu kiçik ölçülü nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların artma səbəbi nədir?

Ekspert qəzaların baş verməsində avtomobil sürücülərinin günahkar olduğunu vurğulayıb:

“Ümumiyyətlə, Azərbaycanda moped, velosiped və motosikletlər istifadədə olan nəqliyyat vasitələri arasında üstünlük təşkil etmirlər. Adlarını çəkdiyimiz minik vasitələri Azərbaycan avtomobil yollarında o qədər də populyar deyil. Bundan əlavə, ölkənin yol infrastrukturu da həmin vasitələrin hərəkəti üçün uyğunlaşdırılmayıb. Həmçinin avtomobil sürücüləri də moped və ya motosiklet sürənləri demək olar ki, görməzlikdən gəlirlər. Sürücülər əsasən də, gecələr güzgüdə arxadan gələn tək işıqlı mopedləri görsə də, çox da fikir vermirlər. Dəfələrlə görmüşük ki, sürücü hətta moped yaxud motosiklet gördüyü halda maşının qapısını açır. Nəticədə qəzaya səbəb olur. Müşahidə edib görmüşəm ki, 100 motosiklet sürənin 5-i bütün yol hərəkəti qaydalarına riayət etmir. Təsadüfi hallarda onlar arasında qayda pozan sürücüyə rast gəlmək olur. Düşünürəm ki, moped və ya motosikletlərin iştirakı ilə baş verən qəzaların artmasında yol infrastrukturu və avtomobil sürücüləri günahkardır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8658

Oxşar yazılar