15:29
25 Dekabr 2019

Ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif edildi

Dekabrın 22-də Dünya Şotokan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin qərarı ilə Avropa və Dünya çempionlarımız Ülvi Quliyev və Füzuli Musayev karatenin inkişafında xüsusi xidmətlərinə görə 8-ci dan (Şixan) qara kəmər dərəcəsinə layiq görülüblər.

Lent.az xəbər verir ki, Ülvi Quliyev və Füzuli Musayev karateçilərə rəhbərlikləri dövründə bir çox sayda Azərbaycan gəncləri Avropa və Dünya çempionu adlarını qazanaraq tarixə yazılmışlar. Artıq bütün dünyada tanınıb qəbul edilən Azərbaycan karate məktəbinin təməlində Ülvi Quliyevin və Füzuli Musayevin danılmaz xidmətləri, mübarizə və qələbə əzmi nümunəsi də dayanır.

Ülvi Quliyev - Millət vəkili, Azərbaycan Respublikasının Milli Məclisinin Gənclər İdman komitəsinin sədri və Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Qeyd edək ki, Ülvi Quliyev Karate idman növünün Avropa və Dünya çempionu adını qazanmış, Azərbaycan Respublikasının Əməkdar İdman ustası”, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunmuşdur.

Füzuli Musayev - Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi (polkovnik), Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti , Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidentidir. Karate üzrə 2 qat Dünya çempionu, Avropa çempionu, SSSR-i çempionu, dəfələrlə Azərbaycan çempionu olmuş, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Əməkdar İdman ustası" fəxri adları ilə təltif olunub.

Dİgər xəbərlər