814
11:52
25 Dekabr 2019

Teleaparıcı lotereyadan pul qazandığını canlı yayımda bildi

İspaniyalı teleaparıcı Natalya Eskudero canlı yayımdakı hərəkəti ilə gündəmi zəbt edib.

Lent.az -ın məlumatına görə, onun “El Gordo” lotereyasında pul mükafatı qazandığını bildikdən sonra efirdəki davranışı izləyiciləri qəzəbləndirib.

Eskudero canlı yayımda emosiyasını gizlətməyərək, çılğın şəkildə sevinməyə başlayıb və ertəsi gün işə gəlməyəcəyini deyib. Onun həddindən artıq sevinməsi izləyicilərdə Eskuderonun 4 milyon avro dəyərində cekpot udması təəssüratını yaradıb. Lakin sonradan məlum olub ki, aparıcı 5 min avro qazanıb.

Verilişdən sonra Eskudero canlı yayımdakı emosional davranışına görə üzr istəyib. O, şəxsi problemlərinin olduğunu, son bir neçə ayda çətin günlər keçirdiyini etiraf edib və həddindən artıq sevinməsini bununla əlaqələndirib. Teleaparıcı ertəsi gün işə gəlməyəcəyi ilə bağlı dediyi sözlərin isə məzuniyyət götürməsi ilə bağlı olduğunu bildirib.