Mənzilə görə özünü binadan atmaq istəyən qadın xilas edildi - RƏSMİ
24 dekabr 2019 13:56 (UTC +04:00)

Mənzilə görə özünü binadan atmaq istəyən qadın xilas edildi - RƏSMİ

 

Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva hündürmərtəbəli yaşayış binasından ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.

Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qadının intihara cəhdinin qarşısı ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətinin əməkdaşları tərəfindən alınaraq, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilib: “Bölmədə onunla profilaktiki söhbətlər aparılıb. Nübar Kişiyevanın ətrafında aparılan araşdırma zamanı onun intihara cəhd etməsinə səbəb, polislə yox, tikinti şirkətlərindən biri ilə aralarında yaranan mənzil mübahisəsinin məhkəmə iddiası ilə bağlıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298

Oxşar yazılar