523
18:52
23 Dekabr 2019

İnternetdə telefon satıram deyə, yalandan beh alırmış

Dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini Tural Quluzadə saxlanılıb.

Məlum olub ki, T.Quluzadə elan saytlarında qiyməti 1000 manatdan artıq olan mobil telefonu dəyərindən daha ucuz qiymətə – 700 manata satılması barədə bildirişlər yerləşdirirmiş. Sonra ona zəng edən alıcı ilə satış qiyməti barədə razılığa gələrək alıcıdan telefonu almaq üçün beh verməsini tələb edirmi. Alıcı isə öz növbəsində nəzərdə tutulmuş vəsaiti T.Quluzadənin təqdim etdiyi bank hesabına köçürürmüş. Alıcı tərəfindən beh göndərildikdən sonra T.Quluzadə zərərçəkmişin telefon zənglərinə cavab verməyərək onunla əlaqəni kəsirmiş.

Hazırda T.Quluzadənin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.