“Bavariya” baş məşqçi ilə bağlı qərar verdi
22 dekabr 2019 18:52 (UTC +04:00)

“Bavariya” baş məşqçi ilə bağlı qərar verdi


Almaniyanın “Bavariya” klubu baş məşqçi ilə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Hans-Diter Fliki mövsümün sonunadək bu postda saxlayacaq.

Lakin klub rəhbərliyi onun gələn mövsümdə də bu vəzifəni tutmasını da istisna etmir. 54 yaşlı mütəxəssis bu ilin noyabrının əvvəlində istefaya göndərilən Niko Kovaçın yerinə baş məşqçi əvəzi təyin olunub.

Qeyd edək ki, 17 turdan sonra 33 xala malik “Bavariya” Bundesliqada 4-cü pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330

Oxşar yazılar