Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda üçmərtəbəli orta məktəb binasının birinci mərtəbəsində 2 ədəd xalça və 3 ədəd stol yanıb.
Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 14.03
Gəncə şəhərində Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə yanğın olub.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yenə Gəncə yaşayış massivində qeydə alınıb.
Əhməd Cavad adına 2 saylı tam orta məktəbin zalında yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb və məktəbin otaqlarına keçməsin qarşısı alınıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
saat 13.49
Gəncə şəhərində Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə yanğın başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.