Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 3 milyon 855 min seçicinin səs verməsi üçün 124-ü xaricdə olmaqla, 6 min 600 seçki məntəqəsi yaradılıb.
Seçkiləri 24 mindən çox yerli və xarici müşahidəçi izləyir. Seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, 19.00-da bağlanacaq.
Prezident seçkilərində 11 namizəd iştirak edir. Əgər namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamasa, yanvarın 5-də ikinci tur keçiriləcək. Sosioloji sorğulara görə, ikinci tura hazırkı Prezident Kolinda Qrabar-Kitaroviç və müxalif Sosial-Demokrat Partiyasının rəhbəri Zoran Milanoviç və müğənni və sahibkar Miroslav Şkoro çıxa bilər. Üç namizəd arasında reytinq fərqinin cüzi olması seçkilərin birinci turla yekunlaşmayacağını göstərir.
Qeyd edək ki, Xorvatiyada xarici və daxili siyasəti hökumət formalaşdırır, Prezident daha çox dövlətin təmsilçisi funksiyasını yerinə yetirir.