2140
08:42
22 Dekabr 2019

Bu gün ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq

Azərbaycana qış fəsli gəlib.

APA Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, qış fəsli Azərbaycana bu gün saat 08:19 dəqiqədə daxil olub.

Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur.

Bu gün ilin ən qısa gündüzü, ən uzun gecəsi qeydə alınacaq.

Dİgər xəbərlər