5382
19:56
23 Dekabr 2019

Eyfel qülləsi haqqında bilmədiyimiz GERÇƏKLƏR

Eyfel qülləsi dünyada Parisin simvolu kimi tanınır. Qüllənin adı onu inşa edən şirkət Qustavo Eiffeldən götürülüb. Dünyanın ən çox turist cəlb edən məkanlarından olan bu abidəyə ildə 6 milyondan çox ziyarətçi gəlir. 2002-ci ilə qədər qülləni 200 milyon insanın ziyarət etdiyi bildirilir.

Lent.az dünyanın ən məşhur və cəlbedici məkanlarından biri olan Eyfel qülləsi haqqında maraqlı məlumatları diqqətinizə çatdırır.

Eyfel qülləsi 1887-1889-cu illərdə Qustavo Eiffel tərəfindən tikilib. Fransa inqilabının 100-cü illiyində keçirilən Paris sərgisinin giriş qapısı olub. Deyilənlərə görə, əslində qüllənin memarı Qustavo Eiffel deyil, isveçrəli Maurice Kauçlinin sifarişinə əsasən tikintini həyata keçirən Stefan Sauvestredir.

Qüllənin tikilməsi üçün xərclənən 7.739.401 Frank 31 Sent (təxminən 3.263 milyon manat) məbləğ, Qustavo Eiffelin təxminlərindən 1 milyon artıq çıxıb. 1889-cu ildə açılış tarixindən 5 ay öncədən etibarən qülləni ziyarət etməyə başladılar. Turistlərin çoxluğu tikintiyə xərclənən pulların sürətlə geri qaytarılmasına şərait yaradırdı. Artıq ilin sonuna qədər 1.9 milyon turistin gəlməsi ilə qüllənin inşası üçün ayrılan pulun 4-də 3 hissəsi qədər gəlir əldə edilmişdi. Qüllə 3000 işçi tərəfindən, 26 ay müddət ərzində 18 min 38 ədəd dəmir parça və 2.5 milyon pərçimlə inşa edilib. Tikintinin maraqlı və təəccüb doğuran tərəflərindən biri də, o dövrün şərtlərinə rəğmən heç bir ölüm halının qeydə alınmamasıdır.

Ancaq qüllə onu utanc ləkəsi kimi görən Paris əhalisi tərəfindən sərt təpkiyə də məruz qalıb. Bəziləri onu küçə lampasına bənzədib. Beləliklə, buna görə də dövrün sənətçi və ədəbiyyatçıları arasında kampaniya başladılıb və bu çərçivədən sənətçilərin imzaladığı bildirişlər hər yerə paylanılıb. Bu gün isə Eyfel qülləsi dünyanın ən möhtəşəm memarlıq abidələrindən biri kimi qəbul edilir. Parislilər onu “dəmir qadın” adlandırır. Əvvəllər qüllənin 1909-cu ildə sökülməsi planlaşdırılırdı. Ancaq qüllənin hündürlüyü beynəlxalq əlaqələr üçün əlverişli olduğu üçün onun sökülməsi təxirə salınıb.

Qeyd edək ki, Eyfel qülləsindən sonra Londonda da oxşar layihənin tikintisinə başladılıb. “Watkins Tower” adlı layihəyə 1891-ci ildə başladılmış, lakin uğursuz olduğu üçün 1907-ci ildə sökülüb.

Dİgər xəbərlər