285
09:20
21 Dekabr 2019

Mikroavtobus və "Kia" alışıb yandı

Gəncə və Bakıda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən xəbərə görə, Gəncənin Kəpəz rayonunda "QAZel" markalı mikroavtobusun salon hissəsi qismən yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Digər avtomobil yanma hadisəsi Bakıda, Nəsimi rayonunda qeydə alınıb. Belə ki, "Kia" markalı minik avtomobilinin arxa hissəsi və iki ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.