Xərçəng riskini azaldan meyvələr AÇIQLANIB
21 dekabr 2019 09:13 (UTC +04:00)

Xərçəng riskini azaldan meyvələr AÇIQLANIB

Həkimlər xərçəng riskini minimuma endirmək üçün bir sıra meyvələrin qida menyusuna daxil edilməli olduğunu açıqlayıblar.

e-tibb.az xəbər verir ki, mütəxəssislər, orqanizmi sərbəst radikallardan təmizləməyə kömək edən, çox miqdarda antioksidant komponentləri olan tropik meyvələrdən biri rambutanın xüsusi rolunun olduğunu qeyd ediblər.  

Bildirilir ki, qarpız da tərkibindəki antioksidantlar sayəsində xərçəngdən qorunmağa kömək edir.
Son tədqiqatlar ciddi xəstəliklərə qarşı mübarizədə şaftalıın effektivliyini də sübut edib. Məlum olub ki, bu meyvənin ekstraktı xərçəng hüceyrələrini məhv edir və onların böyüməsinə imkan vermir.
Kişi və qadın reproduktiv sisteminin xərçcəngində istifədə edilən, aromatase inhibitors (AIs) fermentini özündə ehtiva edən nar da bu siyahıda vardır.
Bu meyvədə xərçəngin inkişafına mane olan altı kimyəvi birləşmənin olduğu bildirilir.

Hesab olunur ki, adları çəkilən meyvələr xərçəng riskini 40% azalda bilir.

e-tibb.az

# 1538
avatar

Oxşar yazılar