
Mətbəxində siçanlar gəzən məşhur restoranla bağlı RƏSMİ QƏRAR

Kütləvi informasiya vasitələrində yayılan məlumat əsasında Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Yıldız Catering” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Sofra” restoranında yoxlama keçiriblər.
Lent.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb. Bundan əlavə, müəssisədə həşəratlara və gəmiricilərə qarşı profilaktik tədbirlərin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Yoxlama zamanı o da məlum olub ki, mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti normativ sənədlərin tələblərini kobud şəkildə pozur.
Aşkarlanan nöqsanlarla əlaqədar qanuvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisəsində xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl "Sofra” restoranının mətbəxində məişət əşyalarının içində siçanların gəzməsilə bağlı fotolar yayılıb.

Hicranə Əlişqızı
Oxşar yazılar

Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54
“Keşikçidağ”a gedən yeni avtomobil yolunun tikintisi başladı - FOTO
27 yanvar 2021 , 11:20
Qanunsuz ov edənlər cəzalandırıldı
27 yanvar 2021 , 10:56
Müəllim olmaq istəyənlər üçün SON GÜN
27 yanvar 2021 , 10:52