1809
01:23
20 Dekabr 2019

Bakıda Atatürk prospektində tuneldə ağır qəza baş verib - FOTO

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA xəbər verir ki, qəza tunelin Atatürk prospektinə ayrılan hissəsində baş verib.

"Toyota" markalı avtomobilin sürücüsü İbrahimli Nicat Qabil oğlu tuneldə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi tunelin istinad divarına çırpılıb.

Hadisə zamanı "Toyota"nın sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Hadisə nəticəsində avtomobilin yağı və yanacağı yola dağıldığından əraziyə FHN-in briqadası cəlb edilib.

Polis əməkdaşları tuneldə tənzimləmə işləri aparıb.

Faktla bağlı araşdırma başlanılıb.

Dİgər xəbərlər