Bakı-Qazax yolunda maşın aşdı, bir ailənin üç üzvü xəsarət alıb
19 dekabr 2019 22:30 (UTC +04:00)

Bakı-Qazax yolunda maşın aşdı, bir ailənin üç üzvü xəsarət alıb

 

Bakı-Qazax magistral yolunun Yevlax və Ağdaş rayonlarının kəsişdiyi hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin içərisində olan sürücü və ailə üzvləri - 1987-ci il təvəllüdlü Sadıqova Vüsalə Elşən qızı, 1986-cı il təvəllüdlü Sadıqov Etibar Azər oğlu və 2011-ci il təvəllüdlü Sadıqova İzel Etibar qızı müxtəlif bədən xəsarətləri alaraq Yevlax Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Qeyd edək ki, qəzada xəsarət alan ailə üzvləri Bakı sakinləridir.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431

Oxşar yazılar