Göygöldə iki qadın qəm qazından zəhərlənib.
APA-nın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakinləri 29 yaşlı Məmmədova Şəbnəm Fazil qızı və 52 yaşlı Qurbanova Rahilə Tofiq qızı dəm qazından boğulublar.
Onlar huşsuz vəziyyətdə qohumları tərəfindən hamam otağında aşkar ediliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.