387
19:32
19 Dekabr 2019

Evlərdən oğurluq edənlər saxlanıldı


Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də rayon ərazisindəki evlərin birindən 1000 dollar, 1200 manat dəyərində xəz dəri, su aparatı və televizor oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş C.Kıpçatov saxlanılıb.

Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.Namazovun ətrafında Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 4 evdən təmir-tikinti alətləri, pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.