2180
15:40
19 Dekabr 2019

AzTV-nin Yeni il hədiyyəsi: evinizə “Zəng” gələcək - VİDEO

Azərbaycan Televiziyası “Sabah” Yaradıcılıq Birliyinin istehsalı olan “Zəng” filminin çəkilişləri başa çatıb.

Lent.az xəbər verir ki, filmdə Xalq artistləri Cahangir Novruzov, Afaq Bəşirqızı, Səidə Quliyeva, Cəfər Namiq Kamal, Məbud Məhərrəmov, həmçinin Fərhad İsrafilov və digərləri rol alıb.

Hüseynbala Mirələmovun və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında işlənən filmin ssenari müəllifi və quruluşçu rejissoru Şərif Qurbanəliyev, quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rafael Əlizadə, bəstəkarı Natiq Qəzənfəroğludur.

Bununla da Azərbaycan Televiziyasının ənənəvi Yeni il hədiyyəsi uzun illərdən sonra bərpa olunub.