15:34
19 Dekabr 2019

“Qəbələ”nin yeni baş məşqçisinin adı AÇIQLANDI

“Qəbələ”də baş məşqçi təyinatı gerçəkləşib.

Apasport.az saytı xəbər verir ki, bu barədə klub prezidenti Fariz Nəcəfov məlumat verib.

“Jalə” Şirələri ilə sponsorluq müqaviləsinin imzalanması mərasimində çıxış edən klub rəhbəri bildirib ki, Elmar Baxşıyev mövsümün sonuna qədər "Qəbələ"nin baş məşqçisi təyin olunub.

Onun sözlərinə görə, 38 yaşlı mütəxəssis artıq əsas çalışdırıcı kimi təsdiqlənib.

F.Nəcəfov əsas komandanın heyəti barədə də danışıb: "Futbol akademiyamızın yetirmələrini ölkə xaricinə çıxarmaq istəyirik. Məqsəd təkcə pul qazanmaq deyil. Sponsorlardan gələn vəsait artarsa, qış fasiləsində heyəti gücləndirə bilərik. Bəzi futbolçularımıza təkliflər var. Məşqçilərlə məsləhətləşib, qərar verəcəyik”.

Klub prezidenti müqavilələrinin müddəti başa çatan Davit Volkov və İvitsa Juniç haqda da danışıb: “Onlarla danışıqlar gedir. Volkovun ilk seçimi "Qəbələ" olacaq. Klubun hazırda heç kimə borcu yoxdur. Akademiyamızın binasının satışa çıxarılması ilə bağlı xəbər doğru deyil”.

F.Nəcəfov təkcə futbol deyil, digər idman növlərində də iddialı olduqlarını açıqlayıb: "Qəbələ" futbol yox, idman klubudur. Tokio-2020 Yay Olimpiya Oyunlarından medal gətirəcək idmançılarımız var".

Dİgər xəbərlər