1234
14:55
19 Dekabr 2019

Bakı-Sumqayıt yolunda qəza: yaralılar var

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Qəza ilə əlaqədar Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 13:47-də daxil olub:

"Hadisə yerinə Təcili Yardım briqadaları yollanıb. Qəza nəticəsində xəsarət alan 3 qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək".