Xəstəxanaya yerləşdirilən Araz Əlizadənin SON VƏZİYYƏTİ
19 dekabr 2019 11:18 (UTC +04:00)

Xəstəxanaya yerləşdirilən Araz Əlizadənin SON VƏZİYYƏTİ

0

Xəbər verdiyimiz kimi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.

Deputatın hazırki vəziyyəti ilə bağlı Lent.az-a açıqlama verən Araz Əlizadənin köməkçisi Günel Babayeva bildirib ki, onun müalicəsi “Caspian International Hospital”ın reanimasiya şöbəsində davam edir:

“Vəziyyəti hazırda yaxşıdır və daha da yaxşılığa doğru gedir”.

G.Babayeva həmçinin əlavə edib ki, Araz Əlizadənin əməliyyat edilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1810

Oxşar yazılar