Araz Əlizadə xəstəxanaya yerləşdirildi
18 dekabr 2019 18:08 (UTC +04:00)

Araz Əlizadə xəstəxanaya yerləşdirildi

 

Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanada müalicə olunur.

APA-nın əldə etdiyi məlumata görə, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə "Caspian International Hospital”a yerləşdirilib.

Deputatın müalicəsi  hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Məlumatı “Caspian International Hospital”dan APA-ya təsdiqləyiblər. 

Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

# 1970
avatar

Oxşar yazılar