Rusiyanın 9 şəhərindən Bakıya birbaşa aviareyslər açılacaq
18 dekabr 2019 16:11 (UTC +04:00)

Rusiyanın 9 şəhərindən Bakıya birbaşa aviareyslər açılacaq

 

"İkar" aviaşirkəti (Krasnoyarsk, "Pegas Fly" ticarət nişanı) Rusiyanın 9 şəhərindən Bakıya müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsinə dair razılıq əldə edib.

Bu barədə "APA-Economics" Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi yanında İdarələrarası Komissiyanın iclasının çərşənbə günü dərc edilmiş materiallarına istinadən xəbər verir.

"Pegas Fly" həftədə iki dəfə Yekaterinburq, Kazan, Krasnodar, Mineralnıye Vodı, Orenburq, Perm, Rostov, Samara və Ufadan Azərbaycan paytaxtına uçuşları həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629

Oxşar yazılar