392
01:32
18 Dekabr 2019

“Konqres üzvləri Türkiyə-ABŞ əlaqələrİNə zərər verməkdədir - Türkiyə XİN

“ABŞ Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edilən 2020-ci il üçün “Dövlət Müdafiəsinin təsdiqlənməsi haqqında” qanun layihəsi ölkəmizə qarşı yeni bir qərəz nümayiş etdirir. Bu qanunn çərçivəsində ölkəmizin F-35 proqramı üzrə yerinə yetirdiyi bütün öhdəliklər nəzərə alınmadan əngəllənir və S-400-lə bağlı ölkəmizə sanksiya tələbi yenilənir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN-in yaydığı açıqlamada belə deyilir.

Qeyd olunub ki, ABŞ Konqres üzvləri Türkiyə ilə ABŞ arasındakı əlaqələrin yaxşılaşdırılmasına zərər verməyə davam etməkdədir.

Rəsmi Türkiyə sözügedən qanunda “Türk axını” layihəsinin əleyhinə çıxılmasını və həmçinin ABŞ-ın Kipr adasına tətbiq edəcəyi silah embarqosunu da qınaqla qarşılayıb: “Təhdid, təzyiq və sanksiya dili Türkiyəni təhlükəsizliyi uğrunda mübarizədən çəkindirməyəcək, Türkiyə əleyhinə yönələn addımlara qarşı adekvat cavablar veriləcək”.