Yol qəzasında ər-arvad xəsarət aldı - FOTO
17 dekabr 2019 22:15 (UTC +04:00)

Yol qəzasında ər-arvad xəsarət aldı - FOTO

 

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xəqani küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq çınar ağacına çırpılıb. Qəza zamanı sürücü, 1972-ci il təvəllüdlü Nəbiyev Rövşən Telman oğlu və onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Muradova Natavan Qaraxan qızı xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Qeyd edək ki, sürücünün eplepsiya xəstəsi olduğu deyilir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar