Polis saxladı, qaşıq udub qaçmaq istədi, yenə saxlandı 
17 dekabr 2019 20:57 (UTC +04:00)

Polis saxladı, qaşıq udub qaçmaq istədi, yenə saxlandı 

Bakıda polisin saxladığı şəxs xəstəxanadan qaçmaq istəyərkən təkrar tutulub. 

Lent.az-ın məlumatına görə, Bərdə rayon sakini 36 yaşlı Sadıqov Elgün Şakir oğlu Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

İnzibati xəta törətdiyi üçün Xətai rayon məhkəməsinin qərarı ilə 20 sutka müddətinə saxlanılmış E.Sadıqov Binəqədi rayonundakı müvəqqəti saxlanma məntəqəsinə göndərilib. Dekabrın 15-də E. Sadıqov saxlanma yerində qaşıq udub. O, dərhal xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə verilib. E.Sadıqov əməliyyat olunmamışdan qabaq ailə üzvləri ilə danışmaq üçün icazə istəyib, xəstəxananın ikinci mərtəbəsinə çıxıb və burdan əlavə çıxışdan qaçmağqa cəhd edib. Lakin ərazidə xidmət göstərən polis əməkdaşları tərəfindən dərhal saxlanılaraq, yenidən həkimlərə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457

Oxşar yazılar