“Barselona” qələbə qazanacaq - sabiq “Real”lı
17 dekabr 2019 16:33 (UTC +04:00)

“Barselona” qələbə qazanacaq - sabiq “Real”lı

 

“Barselona” və “Real” klublarının sabiq futbolçusu Samuel Eto dekabrın 18-də keçiriləcək “El Klasiko” haqda fikir bildirib. 

Lent.az-ın məlumatına görə, keçmiş hücumçu meydan sahiblərinin qələbə qazanacağını qeyd edib.


“Təbii ki, “Barselona”nın qalib olmasını istəyirəm. Fikrimcə, bu tapşırığın öhdəsindən gələ biləcəklər. Baxımlı oyun, rəqiblərin bir-birinə hörmətlə yanaşmasını görsək, əla olar. “El Klasiko” bütün dünyanın diqqət mərkəzində olan qarşılaşmadır. Yenə bu görüşə böyük maraq var. Amma meydanda hər şey idman prinsipləri çərçivəsində olmalıdır”, -  Eto bildirib. 


Qeyd edək ki, “Nou Kamp”da keçiriləcək “Barselona” - “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

# 1226
avatar

Oxşar yazılar