Sabunçu rayonunda oğurluq hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə dekabrın 1-də Maştağa qəsəbəsi, Xanlar yaşayış sahəsində qeydə alınıb. Belə ki, naməlum şəxs qapısı açıq olan bağ evlərindən birinə daxil olaraq kombi, istilik avadanlıqları və digər məişət əşyaları oğurlayıb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü E.Əliyev ötən gün saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.