559
18:22
16 Dekabr 2019

Həbsdəki atasına narkotik gətirdi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 11 ay 27 gün azadlıqdan məhrum edilmiş məhkum Kərimov Raqif Lazım oğlu ilə qısamüddətli görüşə gələn oğlu, Masallı rayon sakini Kərimov Həsən Raqif oğlunun üzərinə baxış keçirilən zaman əynindəki pencəyin cibində gizlətdiyi bükülüdə 0,382 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.