Başqanlığa keçmiş namizəddən Müsavat Partiyasına İTTİHAM
16 dekabr 2019 17:51 (UTC +04:00)

Başqanlığa keçmiş namizəddən Müsavat Partiyasına İTTİHAM

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı növbədənkənar parlament seçkilərinə qatılacaq.

Bu barədə APA-ya Yadigar Sadıqlının özü məlumat verib.

O qeyd edib ki, Müsavat Partiyasının indiki rəhbərliyinin onun namizədliyimi dəstəkləməyəcəyi barədə məlumatı olub: “Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Dairə Seçki Komissiyasına partiya mənsubiyyətimi də bildirməmişəm. Hesab edirəm ki, partiya mənsubiyyətimi göstərib, sonra partiyanın qərarına tabe olmasaydım, dürüst olmazdı. Buna görə müstəqil şəkildə partiya mənsubiyyətimi göstərmədən namizədliyimi irəli sürdüm”.

Yadigar Sadıqlı qeyd edib ki, sabah imza vərəqələrini DSK-dan götürəcək.

# 1440
avatar

Oxşar yazılar