Avtomobillə vurulan 15 yaşlı məktəbli qız xəstəxanada öldü
16 dekabr 2019 00:26 (UTC +04:00)

Avtomobillə vurulan 15 yaşlı məktəbli qız xəstəxanada öldü

 

Goranboyda bir neçə gün bundan əvvəl avtomobillə vurulan piyada, 2004-cü il təvəllüdlü Gülzarə Əhmədova Afiq qızı həkimlərin səyinə baxmayaraq, xəstəxanda dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə dekabrın 12-də axşam saatlarında Bakı-Qazax magistralının rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Qeyd edək ki, 15 yaşlı G.Əhmədova Tovuz rayon sakininin idarə etdiyi “Daewoo" markalı minik avtomobili tərəfindən vurulmuşdu. 

# 1210
avatar

Oxşar yazılar