İraqda kütləvi məzarlıq aşkarlandı
15 dekabr 2019 18:42 (UTC +04:00)

İraqda kütləvi məzarlıq aşkarlandı

İraqın Anbar vilayətinin Əl-Fəlluca şəhəri yaxınlığında 643 mülki şəxsin dəfn edildiyi kütləvi məzarlıq aşkarlanıb.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, Əl-Fəlluca şəhərindən 5 km şimalda yerləşən Es-Saklyaviya rayonunda üzə çıxarılan kütləvi məzarlıq 2016-cı ildə salınıb.

Həmin vaxt bu ərazilərə İŞİD terror təşkilatı nəzarət edib. Yerli hakimiyyət orqanları həmin kütləvi məzarlıqda Əl-Məhəmməd tayfasının üzvlərinin qətlə yetirilərək basdırıldığını ehtimal edir. 2016-cı ildə həmin tayfanın üzvləri yoxa çıxıb və indiyə qədər onların taleyi məlum deyil. Qətlə yetirildikdən sonra məzarlıqda basdırılanlar arasında uşaqlar da var.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ilin yayında İraq ərazisinin 30 faizə qədərini zəbt edib, həmin ilin iyun ayında ölkənin ikinci böyük şəhəri Mosulu da ələ keçirib. İraq hökuməti 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD-ə qarış əməliyyata başlayıb, 2017-ci ilin dekabrında İŞİD-in İraq torpaqlarından təmizləndiyi bəyan olunub. 

# 1294
avatar

Oxşar yazılar