Azərbaycan çempionatında yeni komanda əlavə edildi
14 dekabr 2019 18:14 (UTC +04:00)

Azərbaycan çempionatında yeni komanda əlavə edildi

 

Kişi voleybolçular arasında Yüksək Liqada komanda sayında dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, bu gün start götürən Azərbaycan çempionatına yeni komanda qoşulub.

Bu, "Ekspress" klubudur. Ötən il birinci divizionda çıxış edən komanda bu il son anda Yüksək Liqada mübarizə aparmaq qərarına gəlib. Beləliklə, elitadakı komanda sayı 8-ə yüksəlib.

2019-20 mövsümündə "Ekspress"lə yanaşı, “Neftçi”, “Murov”, “Azərreyl”, MOİK, “Xilasedici”, “Sərhədçi” və Gürcüstan çempionluq uğrunda mübarizə aparacaq. 

# 1152
avatar

Oxşar yazılar