İki avtomobil toqquşdu, yaralananlar var
14 dekabr 2019 17:04 (UTC +04:00)

İki avtomobil toqquşdu, yaralananlar var

Goranboyda yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy şəhərində mərkəzi küçələrdən birində baş verib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində biri yüngül olmaqla iki nəfər müxtəlif dərəcəli bədən  xəsarətləri alıb. Hadisə zamanı daha ağır xəsarət alan 1971-ci il təvəllüdlü rayon sakini Azad Nuriyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 946
avatar

Oxşar yazılar