QƏZA: "Mercedes" bir kəndin qazını kəsdi
14 dekabr 2019 14:04 (UTC +04:00)

QƏZA: "Mercedes" bir kəndin qazını kəsdi

 

İmişli rayonunun Qaradonlu kəndində qəza törədən "Mercedes" markalı avtomobil diametri 108 mm olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyib.

"Azəriqaz” İB-dən Lent.az-a verilən məlumata görə, hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.

# 1001
avatar

Oxşar yazılar