1879
14:52
20 Dekabr 2019

Azərbaycan məhkəmələrinə Avropa təcrübəsi gətirildi - Nələr dəyişəcək?

Azərbaycanın məhkəmə sistemində yeni xidmətlər müəyyən olunub. Yenilik məhkəmələrdə media ilə işləyən hakimlərin fəaliyyət göstərməsi ilə bağlıdır. Buna əsaslanaraq demək olar ki, bundan sonra məhkəmələrin də xüsusi mətbuat xidmətləri olacaq. Ədliyyə Nazirliyində keçirilən görüşdə həmin spiker-hakimlər iştirakçı olan QHT və media rəhbərlərinə təqdim edilib. Onlardan biri də Məhkəmə-Hüquq Şurasında KİV-lə əlaqəli şəxs təyin edilən Seyfəlpaşa Əliyevdir.

O, Lent.az -a yeni xidmətin məhkəmə sistemində gedən proseslərin ictimaiyyətə çatıdırılmasında önəmli rolundan danışıb və yaxın zamanlarda spiker-hakimlərin ictimaiyyətə təqdim ediləcəyini deyib:

“Məhkəmələrə yeni spkeri-hakimlərin təyin olunması müsbət addımdır. Bunun nəticəsində məhkəmələrlə media arasındakı münasibətlər daha şəffaf və operativ vəziyyətə gələcək. Hələlik ancaq Bakıda, Sumqayıtda və Abşeron rayonunda yerləşən bütün məhkəmələrdə media ilə işləyən hakimlər fəaliyyət göstərəcək. Məhkəmə sistemində aparılan islahatların, yeniliklərin və lazımi məlumatların geniş ictimiayyətə çatıdırılmasında spiker-hakimlərin böyük rolu olacaq. Bu təcrübədəm təkcə Azərbaycanda deyil, Avropa ölkələrində də bistifadə olunur. Məqsəd məhkəmələrlə bağlı məsələlər üçün birbaşa həmin hakimlərə müraciət olunmasıdır. Spiker-hakimlərin kimliyi və əlaqə vasitələri yaxın günlərdə Məhkəmə-Hüquq Şurasının rəsmi saytında yerləşdiriləcək”.

Dİgər xəbərlər