Bu il təmas xəttində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,7 km-dək irəli çəkilib
13 dekabr 2019 16:26 (UTC +04:00)

Bu il təmas xəttində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,7 km-dək irəli çəkilib

 

Bu ilin mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə nail olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu barədə DSX-nin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, bunun nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302

Oxşar yazılar