Bakıda motosiklet avtomobillə toqquşub, sürücü xəsarət alıb
13 dekabr 2019 05:05 (UTC +04:00)

Bakıda motosiklet avtomobillə toqquşub, sürücü xəsarət alıb

 

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Abbasov Cavidan Cahid oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi minik avtomobili ilə toqquşub. Hadisə zamanı C.Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

# 793
avatar

Oxşar yazılar