Yeni radio kanalı üçün 5 şirkət mübarizə aparacaq - ADLAR
12 dekabr 2019 18:06 (UTC +04:00)

Yeni radio kanalı üçün 5 şirkət mübarizə aparacaq - ADLAR

Yeni açılacaq radio kanalı üçün sənəd verən şirkətlərin adları açıqlanıb. 

Lent.az-a bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib. İddiaçı şirkətlər “Real Təhlil və İnformasiya Mərkəzi” MMC ,  “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC,  “OMD Azerbaijan” MMC-dir.

***

13:40

Yeni radio kanalının yaradılması məqsədilə elan edilən müsabiqəyə sənədlərin qəbulu bu gün başa çatır.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) Lent.az-a verilən məlumata görə, ümumrespublika radio kanalını açmaq istəyən 5 şirkət quruma sənəd təqdim edib.

 MTRŞ-dan o da əlavə olunub ki, sənəd qəbulu başa çatdıqdan sonra şura bir ay müddətində sənədlərə baxacaq və radio kanalını hansı şirkətin açacağını elan edəcək.

Qeyd edək ki, Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə elan olunan müsabiqəyə sənədlərin qəbulu noyabrın 12-də başlayıb.

 

 

# 1766
avatar

Aygün İbrahimli

Oxşar yazılar