Rusiyada yol qəzasında iki nəfər ölüb
12 dekabr 2019 00:26 (UTC +04:00)

Rusiyada yol qəzasında iki nəfər ölüb

 

 

Rusiyanın Saratov vilayətində ağır yol qəzası baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Yol Polisinin regional İdarəsi məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı sürücünün idarə etdiyi "Lada Kalina” markalı minik maşını ilə 50 yaşlı sürücünün idarə etdiyi "Scania" markalı yük avtomobili toqquşub.

Erşov rayonunun Çapaevka kəndi yaxınlığında qeydə alınan qəzada “Lada"nın sürücüsü və sərnişini aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma başlanılıb.

 

# 858
avatar

Oxşar yazılar