Mark Esper: "Daha ciddi məsələ Rusiya ilə Türkiyə arasındakı münasibətlərdir"
11 dekabr 2019 22:00 (UTC +04:00)

Mark Esper: "Daha ciddi məsələ Rusiya ilə Türkiyə arasındakı münasibətlərdir"

 

“Rusiyanın Suriyada hərbi fəaliyyəti son bir ay yarım ərzində genişlənib, lakin ABŞ praktik olaraq bundan narahat deyil”.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper çərşənbə günü Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsində keçirilən iclasda çıxışı zamanı bildirib.

Pentaqon rəhbəri Rusiyanın daha çox Misir, Səudiyyə Ərəbistanı və regionun digər ərazilərində genişlənməsindən narahat olduğunu vurğulayıb. 

"Daha ciddi məsələ Rusiya ilə Türkiyə arasındakı münasibətlərdir" - deyə, Esper əlavə edib.

# 1168
avatar

Oxşar yazılar