16 yaşlı qız “İlin adamı” seçildi
11 dekabr 2019 19:18 (UTC +04:00)

16 yaşlı qız “İlin adamı” seçildi

ABŞ-da nəşr olunan “Time” jurnalı 16 yaşlı isveçrəli Qreta Tunberqi “İlin adamı” elan edib.

Lent.az xəbər verir ki, yeniyetmə qız ətraf mühiti iqlim dəyişikliyinin təsirindən qorumaq üçün apardığı mübarizəyə görə bu mükafata layiq görülüb.

Jurnalın tvitter səhifəsində iqlim fəalı barədə qeyd edilib ki, o, 2018-ci ilin avqust ayında İsveç Parlamentinin önündə oturaq aksiya keçirərək iqlim dəyişikliyi ilə mübarizə aparan qurumların diqqətini çəkə bilib.  

Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.

 

# 1248
avatar

Oxşar yazılar