Xanımların DİQQƏTİNƏ! - Süd vəzinə çəkilən kremlər...
15 dekabr 2019 12:01 (UTC +04:00)

Xanımların DİQQƏTİNƏ! - Süd vəzinə çəkilən kremlər...

“Uzun müddətdir bir çox reklam çarxlarında süd vəzlərini daha qamətli göstərmək üçün “işlənib hazırlanan” kremləri görürük. Bu haqda sosial şəbəkələr vasitəsilə xanımlar dəfələrlə maarifləndirilsə də, bəziləri hələ bu vasitəni əldə etməyə çalışırlar”.

 Lent.az-ın məlumatına görə, bu haqda mammoloq-radioloq, ATU-nun Tədris Terapevtik Klinikasının həkimi Günel Qəmbərova e-tibb.az-a yazdığı yazıda bildirib.

 Onun sözlərinə görə, bu tip gellər müvəqqətidir və iki aya qədər süd vəzi keçmiş görkəminə qayıdır:

 “2018-ci ilin may ayında Böyük Britaniyada nəşr olunan “Nutritional Biochemistry” jurnalında dərc olunmuş məqalədə deyilirdi ki, bu cür kremlər nə qədər bitki tərkibli olsa da, xərçəng riski daşımaqdadır. “Süd vəzini böyüdən gellər qorxuludurmu” sualına cavab birmənalı olaraq “bəli”dir. Çünki, anatomiyadan bəllidir ki, süd vəzinin böyüməsi ancaq və ancaq estrogen hormonunun təsiri altında baş verir. Fizioloji olaraq bu artım, hamiləlikdə ola bilər. Ancaq, hamiləlikdən  başqa dövrlərdə estrogenin artması süd vəzi xərçəngi əlamət olaraq qəbul edilir. Əgər doğrudan da bu kremlər çəkilərkən sinə böyüyürsə, mütləq həkim nəzarəti qaçılmazdır. Qətiyyən aldanmayın ki, kremin tərkibində “oils” var. Bu, mineral yağdır. Həmin mineral yağ belə, süd vəzi xərçəng riskini daşıyır. Kremin tərkibində alkoqol var. İstər sərbəst, istər yağlanmıs alkoqol dəriyə və hüceyrəyə zərər verir, baryeri, yəni qoruyucu funksiyanı pozur. Alkoqol, digər birləşmələrin hüceyrəyə rahat nüfuz etməsi üçündür. Hansı ki, o birləşmələrin çoxu zərərlidir. Kremlərin tərkibində kollagen var, süd vəzində kollagen az olanda süd vəzi sallaq olur. Kremin tərkibindəki kollagen donuz dərisindən hazırlanır, buna amino asitlər də əlavə olunur və bunlar da birbaşa süd vəzinə mənfi təsir edir. Kremin tərkibində kofein də var. Kofein dəri üçün stressdir. Bu tərkibdə jajoba yağı da vardır ki, bircə o yağ süd vəzinə xeyirdir. Bu yağ E vitamini ilə zəngindir. Krem və gellərin qalan bütün tərkibi süd vəzi üçün ziyanlıdır. Əgər, süd vəzidə heç bir problem yoxdursa, sinə böyütmək üçün ancaq silikon və ya dolqu tipli estetik əməliyyatlar var. Bu əməliyyatları həkimlər icra edir, o həkimlər ki, onlar süd vəzinin stroması haqda kifayət qədər məlumatlıdırlar. Ona görə də ən yaxşısı həkimlərə üz tutun, sinənin düşməni olan estrogen tərkibli kremlərə yox! Diqqətli olaq. İstənilən halda orqanizmə süni müdaxilə yolverilməzdir, yaxşı olar ki, qadınlar ildə bir dəfə mammoloqun qəbulunda olsunlar, tələb olunan USM və Mammoqrafiya müayinəsindən keçsinlər. Qadınlar bununla sağlamlıqlarını, ən azı süd vəzilərinin sağlamlığını sığortalamış olarlar”.

# 1665
avatar

Oxşar yazılar